Türkiyə və İran XİN rəhbərlərinin birgə mətbuat konfransı
Mövlud Çavuşoğlu və Hüseyn Abdollahiyan iki tərəfin maraq kəsb etdiyi məsələlərə toxunublar
Türkiyə və İran XİN rəhbərlərinin, Mövlud Çavuşoğlu və Hüseyn Abdollahiyanın birgə mətbuat konfransından əsas məqamları:
- Çavuşoğlu İran səfərinin anonsunu verib. O qeyd edib ki, Türkiyə İranla iqtisadi əlaqələri, xüsusilə enerji sektorunda genişləndirməyə çalışır;
- Prezident Rəisinin Türkiyəyə səfəri zəlzələlərə görə təxirə salınıb. Xarici işlər nazirlərinin bugünkü görüşündə yeni tarix müzakirə edilib;
- Görüş zamanı regional məsələlər və iki ölkə arasında əlaqələr müzakirə olunub. O cümlədən, Birgə İqtisadi Komissiyanın iclasının keçirilməsi məsələsi, logistika və enerji sahəsində əməkdaşlıq;
- Gələn həftə Türkiyə tərəfi Moskvanın dəvəti ilə Suriya, Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin qarşıdakı görüşü ilə bağlı müzakirələrdə iştirak edəcək.