Gürcüstandakı vəziyyət barədə son məlumat
Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb
Gürcüstan polisi martın 7-də axşam saatlarında Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyası zamanı 66 nəfəri saxlayıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, onlar xırda xuliqanlıq və polisə tabe olmamaqda ittiham olunurlar.
Məlumata görə, dövlət məmurlarına qarşı zorakılıq və əmlaka ziyan vurma ilə bağlı cinayət maddələri ilə istintaq başlayıb. Daxili İşlər Nazirliyi açıqlamasında nümayişçilərlə toqquşmalarda 50-yə yaxın polis əməkdaşının yaralandığını, bəzilərinin xəstəxanaya yerləşdirildiyini bildirib. Vətəndaşlar arasında zərərçəkənlərin olduğu qeyd edilir.
Bəyanatda vurğulanır ki, Rustaveli prospektində baş verənlər dinc etiraz aksiyası çərçivəsindən kənara çıxıb və bir neçə saat davam edən asayişin pozulması ilə nəticələnib. Fəalların parlament binasını yandırdıqları, daş atdıqları və şüşələri sındırdıqları göstərilir.
Mayın 7-də Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib. Axşam saatlarında binanın yaxınlığında toplaşan nümayişçilərin aksiyası gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edən polislə toqquşmaya çevrilib.