XƏBƏRLƏR / Qonşular

Moskvada Aleksey Navalnı ilə vidalaşmaq üçün insanlar gəlir

Kilsədə vida mərasimi Moskva vaxtı ilə saat 14:00-da başlayacaq

Moskvada Aleksey Navalnı ilə vidalaşmaq üçün insanlar gəlir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İnsanlar Moskvanın Maryino rayonundakı "Utoli moi peçali" müqəddəs Məryəm İkonu Kilsəsində toplaşmağa başlayırlar. Aleksey Navalnının dəfn mərasimi bu gün orada keçiriləcək.

    Navalnının dəfn mərasiminin keçiriləcəyi ərazidə mobil internetdə fasilələr başlayıb

    Kilsədə polis patrullar növbə çəkir və ərazinin özü də metal maneələrlə hasarlanıb. Əraziyə onlarla polis maşını və çevik qüvvələr gətirilib.

    Daha sonra Putinin tənqidçisi Borisovo qəbristanlığında torpağa tapşırılacaq.