XƏBƏRLƏR / Qonşular

Ermənistan hərbçiləri ikinci dəfə qəzaya düşdülər

Yaralananlar var

Ermənistan hərbçiləri ikinci dəfə qəzaya düşdülər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Geğarkunik mərzində hərbçilərin olduğu “KamAZ”ın qəzaya uğraması nəticəsində iki nəfər yaralanıb.

    Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan “Sputnik Armeniya”ya məlumatı təsdiqləyib.

    Onun sözlərinə görə, hərbi qulluqçuların həyati təhlükəsi yoxdur.

    Xatırladaq ki, ötən gün Ermənistan hərbi qulluqçularının düşdüyü yol-nəqliyyat hadisəsində 4 nəfər ölmüş, 20 nəfər yaralanmışdı.