Hikmət Hacıyev İranın Azərbaycandakı səfirini qəbul edib
Abbas Musəvi bu barədə Twitter hesabında məlumat yayıb
İranın Azərbaycandakı səfiri Abbas Musəvi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.
“Ümid edirəm ki, başlanan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarına uyğun olacaq”, - səfir Twitter səhifəsində yazıb.