XƏBƏRLƏR / Qonşular

Azərbaycan Prezidenti Qazaxıstana gəlib YENİLƏNİR

Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb

Azərbaycan Prezidenti Qazaxıstana gəlib YENİLƏNİR
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 11:45

    Aprelin 10-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gəlib.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.

    ***

    Qazaxıstan Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 10-da səfərini gözləyir. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

    “2023-cü il aprelin 10-da Prezident Qasım-Jomart Tokayevin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri baş tutacaq. Astanada iki dövlət başçısının dar və geniş tərkibdə görüşləri planlaşdırılır. Danışıqların gündəliyinə Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafının əsas məsələləri daxildir”, - məlumatda deyilir.