XƏBƏRLƏR / Qonşular

Ermənistan Aİ-nin "binokl şousunu" davam etdirmək istəyir

Bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan bəyan edib

Ermənistan Aİ-nin "binokl şousunu" davam etdirmək istəyir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın delimitasiya prosesi tam başa çatana qədər Azərbaycanla sərhəddəki vəziyyətin monitorinqini aparan Avropa İttifaqının (Aİ) müşahidə missiyasına ehtiyacı var.

    Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.

    “Aİ-nin mülki missiyasının müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində qalmaqda davam edirlər. Bu vacib amildir”, - o qeyd edib.

    XİN rəhbəri əminliyini ifadə edərək bildirib ki, Ermənistan və Azərbaycan arasında sərhədlər delimitasiya olunmadığı müddətdə Aİ-nin missiyası Ermənistan üçün vacib və zəruridir.

    Daha sonra Mirzoyan İlham Əliyevin Ermənistanın silahlanmasına son qoymaq tələbinə toxunub: "Ermənistan artıq aldığı silahları geri qaytarmaq niyyətində deyil.

    İrəvan ərazi bütövlüyünü qorumaq üçün silah almağa davam edəcək və əgər Bakının səmimi narahatlığı varsa, Ermənistan tərəfi artıq silahlara nəzarət mexanizminin yaradılmasını təklif edib".

    Mirzoyan xatırladıb ki, bu təklif qüvvədə qalır.