XƏBƏRLƏR / Qonşular

Erməni müxalifəti "Paşinyan" uğrunda davada onu "yarı bölüb"

Rusiyapərəst müxalifət Ermənistanda aranı qarışdırmaq cəhdlərini davam edir

Erməni müxalifəti "Paşinyan" uğrunda davada onu "yarı bölüb"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyapərəst müxalifət Ermənistan Baş Prokurorluğunun qarşısında baş nazir Nikol Paşinyanın muqəvvasını yandırmağa cəhd edib.

    Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi Köçəryan-Sarkisyan tərəfdarlarının etiraz aksiyası keçirdikləri Baş Prokurorluğun binası qarşısında vəziyyət gərginləşib.

    Qaragüruh Paşinyanın muqəvvasını yandırmağa çalışsa da, polis buna imkan verməyib.

    "Paşinyan" uğrunda mübarizədə tərəflər, kuklanı, az qala, iki yerə bölüblər.

    Qeyd edək ki, müxalifət Baş Prokurordan Nikol Paşinyana "Qarabağı Əliyevlə birgə işğal etdiyinə görə" cinayət işi açmağı tələb edir.