XƏBƏRLƏR / Qonşular

Azərbaycan Ordusuna qarşı döyüşən muzdluya ev verirlər

Bu barədə Vigen Eulcekçyanın həyat yoldaşı Linda E. deyib

Azərbaycan Ordusuna qarşı döyüşən muzdluya ev verirlər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın azad etdiyi erməni muzdlu Vigen Eulcekçyana Ermənistanda ev veriləcək. 

    Bu barədə onun həyat yoldaşı Linda Eulcekçyan deyib. Onun sözlərinə görə, Ermənistanda daimi yaşamaq üçün onlar sənəd hazırlayır. Ailə hazırda İrəvandakı bir oteldə qalır və təşkilati məsələləri həll edir.

    Xatırladaq ki, Livan ermənisi olan Vigen Eulcekçyan 2020-ci il noyabrın 10-da Şuşa istiqamətində saxlanılmışdı. O, 44 günlük müharibə zamanı muzdlu kimi Azərbaycana qarşı vuruşduğu üçün 20 il müddətinə azadlıqdan məhrum edilmişdi. Eulcekçyan bu il yanvarın 14-də Vaqif Xaçatryan, Gevorq Sujyan və David Davtyanla birgə Ermənistana təhvil verilmişdi.