XƏBƏRLƏR / Qonşular

Samvel Karapetyan bir ay müddətinə "içəri salındı"

Müxalif rusiyapərəst "Güclü Ermənistan" blokunun üzvlərinin evlərində 65 ünvan üzrə axtarışlar gedib YENİLƏNİB/FOTO

Samvel Karapetyan bir ay müddətinə "içəri salındı"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 10:11

    Ermənistanın Antikorrupsiya məhkəməsi rusiyalı iş adamı, "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın bir ay müddətinə həbs olunması barədə qərar çıxarıb.

    ***

    2026-11-04 15:05

    Ermənistan mediasının məlumatına görə, rusiyalı iş adamı və "Güclü Ermənistan" hərəkatının lideri Samvel Karapetyan axtarış aparılmış evindən həbs edilərək aparılıb.

    ***

    10:49

    "Güclü Ermənistan" müxalifət blokunun lideri rusiyalı iş adamı Samvel Karapetyan və qardaşı oğlu Narek Karapetyanın mənzillərində axtarışlar davam edir.

    Siyasi partiyanın mətbuat katibi Sukiasyanın sözlərinə görə, səhər tezdən ailə ilə əlaqəli digər mənzillərdə də axtarışlar davam edir.

    Ermənistan İstintaq Komitəsi 65 ünvanda axtarışları təsdiqləyib. Agentlik qeyd edib ki, bunlar iqtisadi cinayətlər və qaçaqmalçılıqla bağlı cinayət araşdırmasının bir hissəsidir.