ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarət edəcək?
Bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak bildirib

ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.
"Middle East Eye" xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub.
“Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək”, - diplomat vurğulayıb.
Səfir burada məqsədin Azərbaycan və Ermənistan arasındakı diplomatik danışıqları irəli aparmağa kömək etmək olduğunu vurğulayıb.