İranda aktrisalar hicabdan imtina etdilər
Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb
İranda teatr işçiləri hicabdan imtina ediblər. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. İranlı teatr xadimləri Həmid Purazəri, Suheyla Qolestani və digərləri hicabı çıxararaq, bunu əks etdirən görüntüləri sosial şəbəkə hesablarında “Qadın, həyat, azadlıq” və “Biz hamımız birlikdəyik” həştəqləri ilə paylaşıblar.
“Şou bitəcək və həqiqət üzə çıxacaq. Saysız-hesabsız yollar var və yeni gün üçün çoxlu ümidlər var”, - deyə sənətçilər qeyd ediblər