XƏBƏRLƏR / Qonşular

Xameneinin bacısı qızı həbs olundu FOTO

“Azad İran” xəbər verir ki, bu barədə siyasi fəalın qardaşı Mahmud Muradxani twitterdə yazıb

Xameneinin bacısı qızı həbs olundu FOTO
Əli Xamenei
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran İslam Respublikasının rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani çərşənbə günü, noyabrın 23-də həbs edilib. “Azad İran”a istinadən xəbər verir ki, bu barədə siyasi fəalın qardaşı Mahmud Muradxani twitterdə yazıb. O bildirib ki, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən tutularaq həbsxanaya aparılıb.

    Qeyd edək ki, vətəndaş cəmiyyəti fəalı olan xanım Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT tərəfindən həbs edilmişdi və may ayında 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılıb. Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start verib.

    2018-ci ilin iyununda isə o, Sənəndəc şəhərinə getdikdən və İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra həbs edilib.