XƏBƏRLƏR / Qonşular

Paşinyan Ermənistan vətəndaşlarından nəyi gizlədib

Bunu Ermenistanın baş naziri ölkənin İçtimayı televiziyasına müsahibəsində açıqlayıb

Paşinyan Ermənistan vətəndaşlarından nəyi gizlədib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İçtimayı televiziyasına müsahibəsində bildirib ki, onu yalnız bir şeydə ittiham etmək olar.

    Məsələ ondadır ki, o, Qarabağ məsələsinin həllinin mümkünsüzlüyünü dərhal vətəndaşlara deməyib.

    "Danışıqlar prosesində heç vaxt Qarabağ probleminin həllini təklif edəcək variant olmayıb", - ER baş naziri deyib.

    O əlavə edib ki, "Madrid prinsiplərindən başlayaraq, Qarabağ məsələsinin həlli üçün bütün variantlar problemin özünün həllini nəzərdə tutmur, heç vaxt nəzərdə tutmayıb. Yalnız bir variant var idi ki, 1999-cu ildə təklif edilmişdi, onun mənası Meğri bölgəsinin Qarabağla dəyişdirilməsi idi."