XƏBƏRLƏR / Qonşular

İranın vitse-prezidenti Zərif istefa verib

Bu barədə İran xəbər mənbələri məlumat yayıb

İranın vitse-prezidenti Zərif istefa verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib.

    Bu barədə İran xəbər mənbələri məlumat yayıb.

    Bildirilib ki, vitse-prezident istefasını İran Məclisinin (birpalatalı parlament) iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən kənarlaşdırılmışdı.

    Qeyd olunub ki, prezident Məsud Pezeşkiaan hələ Zərifin istefa ərizəsini qəbul etməyib.