Paşinyan İlham Əliyevə "məsləhət verir"
Bədbəxt Paşinyan elə bilir ki, Qərbi azərbaycanlıların vətənlərinə qayıtması Ermənistana hücumdur
Ermənistanın baş naziri İlham Əliyevə “Qərbi Azərbaycan” və “azərbaycanlıların qayıdışı” mövzusu ilə oynamamağı “məsləhət görüb”, çünki Ermənistanın bu cür hücumlara cavab vermək üçün cavabı var və bu cavab Bakı üçün son dərəcə ağrılı ola bilər."
Paşinyan hökumətin iclasındakı çıxışında bəyan edib ki, o, Xarici İşlər Nazirliyinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə məcburi köçkün ermənilərin Dağlıq Qarabağa qaytarılması ilə bağlı danışıqlara başlamaq barədə göstəriş verib. Baş nazirin sözlərinə görə, söhbət Hadrut, Şuşa, Martakert, Şaumyan, Getaşen, Martuni, Laçın, Dağlıq Qarabağa bitişik rayonların sakinlərindən gedir.
Paşinyan ermənnilərin Azərbaycanın başqa rayonlarına da qayıtmasını israr edir.