Paşinyan Konstitusiyada ərazi iddiası olmayacağını deyir
O, bildirib ki, ölkənin yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır
 
                                Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavabladıraraq deyib ki, ölkənin yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır.
Qeyd edək ki, məhz Müstəqillik Bəyannaməsində Dağlıq Qarabağın Ermənistana birləşməsi haqda müddəa var.
Paşinyan bununla bağlı açıqlama verib:
"Hələ illər əvvəl, dəqiq neçənci ildə, yadımda deyil, Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinin qəbulunun ildönümü ilə bağlı mesajımda demişdim ki, Bəyannamənin mətnini öyrənərkən, mənim fikrimcə, bu mətn müstəqil, suveren Ermənistan Respublikasının ola bilməyəcəyindən bəhs edir, bu mümkün deyil.
Əgər mən bunu deyirəmsə, o zaman iddia edə bilmərəm ki, Konstitusiyanın yeni mətnində İstiqlal Bəyannaməsinə istinad olmalıdır. Əksinə, deyə bilərəm ki, mənim fikrimcə, Konstitusiyanın yeni mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Amma qərarı Ermənistan xalqı verəcək, təbii ki, siyasi qüvvələr lehinə və əleyhinə arqumentlər təqdim etməli olacaqlar.
 
                     
                                     
                                 
                                                    
                                                 
                                                    
                                                 
                             
                            
 
                             ANS Press
                ANS Press 
             ANSTV
                ANSTV 
             ANSÇM
                ANSÇM
             
         
         
         
         1 dəqiqə
									1 dəqiqə 
								 
            
             
            
             
            
             
            
             
            
            