Sahibə Qafarova Mixeil Kavelaşvili ilə görüşüb
Bu barədə Gürcüstan Prezidenti “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.
Bu barədə Gürcüstan Prezidenti “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Ölkələrimiz arasında tarixən möhkəm dostluq, həmçinin Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığının əsas istiqamətləri barədə danışdıq. Görüş zamanı parlamentlərin səmərəli əməkdaşlığını vurğuladıq və bu tərəfdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı perspektivləri müzakirə etdik", - o vurğulayıb.