XƏBƏRLƏR / Qonşular

Ermənilər Rusiya telekanallarının bağlanmasını tələb edir

Etirazşılar “Sputnik Ermənistan”ın fəaliyyətini də qadağan etməyə çağırıblar

Ermənilər Rusiya telekanallarının bağlanmasını tələb edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İyulun 9-da Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin binası qarşısında Rusiya telekanallarının ictimai multipleks və kabel şəbəkələrindən çıxarılması tələbi ilə etiraz aksiyası keçirilib.

    “Respublika Naminə” partiyasının sədri Arman Babacanyan hər hansı xarici telekanalların ictimai multipleksdə retranslyasiyasının əleyhinə çıxış edərək qeyd edib ki, Ermənistan qanunvericiliyi buna imkan verir, o cümlədən Rusiya kanalları ilə bağlı.

    Onun sözlərinə görə, hibrid müharibənin tərkib hissəsi adlandırdığı bu kanalların efirində Ermənistana qarşı təhqirlər səslənir. O, Rusiyanın siyasətinin Ermənistanın dövlətçiliyinin aradan qaldırılmasına yönəldiyini bəyan edib.

    Partiyanın sədr müavini Ruben Mehrabyan da “Sputnik Ermənistan”ın fəaliyyətini qadağan etməyə çağırıb.

    Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts təşəbbüsü dəstəkləyib və qeyd edib ki, Rusiya kanallarının məzmunu ölkənin təhlükəsizliyinə təhlükə yaradır.

    Etirazçılar əllərində “Düşmən kanallarına yox”, “Rus nifrət nitqinə yox” şüarları yazılmış plakatlar tutub və “Rusiya təbliğatına yox”, “Rus zəhərinə yox”, “Rusiya, sus!” şüarları səsləndiriblər.