Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) prezidentliyə namizədini rəsmi şəkildə elan edib. "TRT Haber" xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyası qərar qəbul edib.
Hazırkı prezident, AKP sədri Rəcəb Tayyib Ərdoğan partiyanın namizədi elan olunub.
Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri eyni tarixdə - 14 mayda baş tutacaq.