XƏBƏRLƏR / Qonşular

İrəvan bu ay Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib VİDEO

İrəvan bu ay Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır
Nikol Paşinyan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa hazırdır.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

    O bildirib ki, Ermənistan nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır: “Beləliklə, Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır”.

    Hökumət başçısı söyləyib ki, Ermənistan ərazisində təhlükəsiz tranzit bu ölkənin öhdəliyidir: “Və biz bu təhlükəsizliyə zəmanət veririk”.