İran İrəvandakı Göy məscidi casus yuvasına çevirib
Bu barədə kəşfiyyat məsələlərini araşdıran "İntelligence Online" nəşri yazır
İntelligence Online (Kəşfiyyat Online): "İrəvandakı Göy məscid İran diplomatiyasının Qafqazdakı kəsişmə nöqtəsidir"
"İntelligence Online" yazır:
“Dünyanın hər bir tərəfində casuslar sakit müzakirələr aparmaq üçün ideal olan simvolik yerlərdə görüşməyi və ya fəaliyyət göstərməyi xoşlayırlar. İrəvanda sözügedən yerlərdən biri “İran diplomatiyasının Qafqazda kəsişmə nöqtəsi” olan Göy məsciddir. Bina İran tərəfindən idarə olunur, eləcə də İran səfirliyinin mədəniyyət müşavirliyi də orada yerləşir. Məscidin Fransa səfirliyinin də yanında yerləşdiyi qeyd edilir".
Məscid 1765-ci ildə açılıb və "Xan Məscidi" adını daşıyıb.
1996-1999-cu illərdə isə İranın əsas dövlət konqlomeratı kimi fəaliyyət göstərən və gəlirinin bir hissəsi SEPAH-a ayrılan “Mostəz'əfan” Fondunun vəsaiti hesabına təmir edilib.
Məscidə 2023-cü ilin oktyabr ayından bəri İranın ali rəhbəri və Xameneyinin yaxın müşaviri, keçmiş SEPAH komandiri Hüseyn Dehqan rəhbərlik edir.