Ermənilər bir-birini Azərbaycanın hücumu ilə vahimələndirir
Ermənistan Müdafiə Nazirliyi bu şayiələri "hibrid təhdidlər" hesab edir və hüquq-mühafizə orqanlarının reaksiyasını gözləyir
"Ermənistana qarşı daha bir informasiya hücumu": Müdafiə Nazirliyi keçmiş hərbi qulluqçunun Meğridəki "Azərbaycan təxribatı" ilə bağlı açıqlamasını belə adlandırıb.

Ehtiyatda olan podpolkovnik Naira Gevorkyan Azərbaycan Silahlı Qüvvələrinin döyüş əməliyyatına cəhd etdiyini, onun dəf edildiyini, lakin eyni zamanda Ermənistan bölmələrinə atəş açmamaq əmri verildiyini bildirmişdi.
Nazirlik bu şayiələri "hibrid təhdidlər" hesab edir və hüquq-mühafizə orqanlarının reaksiyasını gözləyir.
1 dəqiqədən az