XƏBƏRLƏR / Qonşular

Sərhəddə etiraza qoşulan erməni hərbçilər barədə araşdırma

Ermənistan Müdafiə Nazirliyi xəbər verib

Sərhəddə etiraza qoşulan erməni hərbçilər barədə araşdırma
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Dünən axşam saatlarında Ermənistanın Azərbaycanla sərhədində yerləşən Tavuş vilayətində keçirilən etiraz aksiyasına bir qrup müqaviləli hərbçi də qoşulub. Bu barədə görüntülər teleqram kanallarında yayılıb.

    Hərbçilər Tavuş vilayətində Azərbaycanla sərhədin delimitasiyası prosesinin dayandırılması tələbi ilə keçirilən nümayişçilərdə iştirak ediblər.

    Ermənistan Müdafiə Nazirliyi “Tavuş vilayətinin Kirants şəhərində keçirilən siyasi aksiyaya” qoşulan hərbi geyimli şəxslərin kimliyini müəyyənləşdirdiyini bildirib.

    Nazirlik qeyd edib ki, ordunu siyasi proseslərə cəlb etmək cəhdinə adekvat hüquqi qiymət veriləcək.

    Qeyd edək ki, Ermənistan və Azərbaycanın dövlət sərhədinin delimitasiyası üzrə komissiyaları razılığa gəliblər. Razılığa əsasən, Qazaxın işğal altında olan dörd kəndi Azərbaycana qaytarılacaq.