Paşinyan Azərbaycanla delimitasiyanı müsbət qiymətləndirdi
Ermənistanın hakim “Mülki müqavilə” partiyasının mətbuat xidməti məlumat yayıb
Ermənistanın hakim “Mülki müqavilə” partiyasının Təşəbbüs Qrupunun iclası keçirilib.
Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
İdarə Heyətinin sədri, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinin başlanması ilə bağlı məruzə edib və görüş iştirakçılarının suallarını cavablandırıb.
Paşinyan prosesin gedişini müsbət qiymətləndirib.