Rusiya və Ermənistanı birləşdirən Gürcüstan-Rusiya sərhədinə gedən Yuxarı Lars yolu yenidən yük maşını olan nəqliyyat vasitələri üçün bağlanıb. Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib.
Digər nəqliyyat növlərinin hərəkəti isə uçquna davamlı tunellər vasitəsilə davamlı olaraq həyata keçirilir.
Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq.