XƏBƏRLƏR / Qonşular

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırdı

Bu barədə Türkiyə Prezidentinin Administrasiyası bildirib

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırdı
R.T.Ərdoğan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rəcəb Tayyib Ərdoğan bu gün saat 14:30-da Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe iqamətgahında Təhlükəsizlik Şurasının iclasını keçirəcək. 

    Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun “X” hesabında bildirib. 

    Toplantıda xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak edəcək. 

    Xatırladaq ki, yanvarın 12-də Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Kilid” antiterror əməliyyatı zamanı 9 türk əsgəri şəhid olub.