Gürcüstan parlamentində dava düşdü VIDEO
Münaqışə "Xarici agentlər" haqqında qanun layihəsi üstündə baş verib
Gürcüstan parlamentində "xarici agentlər" haqqında qanun layihəsi üstündə dava baş verib. VIDEO
Aleko Elisashvili hakim partiyanın bu qanun layihəsini yenidən gündəmə gətirməsini hamıya qarşı təhqir adlandırıb və bunu “Rusiya qanunu” adlandırıb.
Bu bəyanat hakim partiyadan olan deputatların hiddətinə səbəb olub və şifahi mübahisə davaya çevrilib.
Hadisədən sonra Elisaşvili iclas zalından çıxarılıb.
Qeyd edık ki, 2023-cü il martın 10-da Gürcüstan parlamenti ölkədəki kütləvi etirazlardan sonra əksəriyyətlə xarici agentlər haqqında qanunun əleyhinə səs verib. O zaman Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili bəyan etmişdi ki, hakimiyyət bu qanuna qayıtmağı planlaşdırmır.