XƏBƏRLƏR / Qonşular

İran rəsmisi Azərbaycana quru yolu ilə gəlib

Xarici işlər nazirinin müavini Kazım Qəribabadi AQEM VII-ci Zirvə Görüşündə iştirak edəcək

İran rəsmisi Azərbaycana quru yolu ilə gəlib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran XİN rəsmisi Astara sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycana gəlib.

    İranın xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi bu gün Astara quru sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycana gəlib.

    Səfər Bakı və Tehran arasında diplomatik məsləhətləşmələr və ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi, eləcə də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak çərçivəsində baş tutur (IRNA)

    Xatırladaq ki, ABŞ-ın İrana qarşı tədbiq etdiyi sanksiyalara görə İran aviaşirkətlərinin təyyarələriniin qəbulu və xidmətinə məhdudiyyət qoyulub. AZAL təyyarəsi ilə uçmağı İran məmuru özünə sığışdırmayıb.