
Rusiya Federasiyasının Dağıstan Respublikasının dövlət katibi Maqomed-Sultan Maqomedov saxlanılıb.
Bu barədə TASS xəbər verir.
***
11:19
Dağıstanın dövlət katibi Maqomed-Sultan Maqomedovun kabinetində - respublika başçısı və hökumətinin administrasiyasının binasında - Rusiya təhlükəsizlik qüvvələri axtarışlar aparır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Mahaçqalanın “Anji” futbol klubunun təsisçisi və keçmiş prezidenti, eyni zamanda respublikanın dövlət katibi olan Maqomed-Sultan Maqomedovla bağlı 40-dan çox ünvanda axtarış aparır.
Onun yaşadığı ünvanda, hökumət binasındakı ofisində və qohumlarının evlərində təhlükəsizlik işçiləri işləyir. Maqomedovun saxlanması ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Hadisə şahidləri silahlı təhlükəsizlik qüvvələrinin iş yerində çəkilmiş görüntülərini paylaşırlar.