Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamağa sadiqdir
Bu barədə ölkənin yeni Baş naziri Sanae Takaiçi andiçmə mərasimindəki çıxışında bildirib
Yaponiya hökuməti ikitərəfli münasibətlərdəki çətin vəziyyətə baxmayaraq, Rusiya ilə sülh müqaviləsi bağlamağa sadiqdir.
Bu barədə ölkənin yeni Baş naziri Sanae Takaiçi andiçmə mərasimi münasibətilə parlamentdə etdiyi əsas çıxışında bildirib.
"Rusiya ilə münasibətlər hazırda çətin vəziyyətdədir, lakin Yaponiya hökumətinin kursu ərazi məsələsini həll etmək və sülh müqaviləsi bağlamaqdır", - deyə Baş nazir vurğulayıb.
1 dəqiqədən az