İran Azərbaycan səfirliyinin açılmasına ümid edir
Bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənani deyib
Bakı ilə Tehran arasında münasibətlər düzgün istiqamətdə inkişaf edir. Bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasir Kənani deyib.
O, iki ölkə arasında əməkdaşlığın inkişafı çərçivəsində Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpasına ümid etdiyini bildirib.