Ermənistan Azərbaycanın təkliflərini qəbul edir?
Bu mövzuda Ermənistan parlamentinin spikeri Alen Simonyan danışıb
Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə bir sıra təkliflər üzrə konsensus var.
Simonyan bunun prosesə mane ola biləcəyinə işarə edərək, təklifləri səsləndirməyə başlamadı. O, sadəcə izah etdi ki, bunlar “beynəlxalq səviyyədə tanınmış prinsiplər”dir.
Qarabağ ermənilərinin gələcəyinə gəlincə, Simonyan qeyd edib ki, ikitərəfli sənəddə bu məsələyə toxunulmamalıdır.
Simonyan qeyd edib ki, Ermənistan tərəfinin son təkliflərinə Bakının reaksiyası barədə məlumatı yoxdur. Bununla belə, o, növbəti görüşün təşkili ilə bağlı həmişə müzakirələrin olduğunu bildirib.