İranda 1 dollara artıq 600 000 rial verirlər
İranlıların alıcılıq qabiliyyəti yanvar ayında illik 53,4%-ə çatan inflyasiya ilə sarsılıb
İran valyutası tarixdə ilk dəfə olaraq bir dollar üçün 600 min riala kimi ucuzlaşaraq yeni rekord həddə düşüb. “Fox Business” yazır ki, İran iqtisadiyyatı ümummilli hökumət əleyhinə etirazlar və beynəlxalq sanksiyalarla sarsılmaqda davam edir.
Ölkənin statistika mərkəzinin məlumatına görə, iranlıların alıcılıq qabiliyyəti yanvar ayında illik 53,4%-ə çatan inflyasiya ilə sarsılıb.
Çətin iqtisadi şərait bir çox iranlının əmanətlərini azaldıb və onları son günlər getdikcə qıtlaşan dollar əldə etmək üçün valyutadəyişmə məntəqələrində uzun növbələrə dayanmağa məcbur edib.
İranın iqtisadi vəziyyəti haqda ətraflı Sevda Həsənovanın bloqunda bax.