Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işləri nəzərdən keçirmək məqsədilə Adıyamana səfər edib. Türkiyə mətbuatı xəbər verir ki, səfərdə onu Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli müşayiət edir. Ərdoğan Adıyamanın Gölbaşı rayonunda zəlzələdən zərərçəkənlərlə görüşəcək.