İran və Ermənistan xarici işlər nazirləri görüşüblər
Mirzoyan Laçın dəhlizinin "blokadası" ilə bağlı Abdollahiana Azərbaycandan şikayət də etməyi unutmayıb
Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Cenevrədə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
Ermənistan və İran xarici işlər nazirləri ikitərəfli formatda, eləcə də çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən enerji, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə səylərin vacibliyi vurğulanıb.
Ararat Mirzoyan Laçın dəhlizinin "blokadası" ilə bağlı Abdollahiana Azərbaycandan şikayət də etməyi unutmayıb.