Paşinyan: "Ölkəmizin yenidən inqilaba ehtiyacı var"
Ermənistanın Baş naziri bunu Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın kitabının təqdimatında belə deyib
İnqilabın ən böyük çətinliyi onun sıfıra çatmasının, yəni başladığı yerə qayıtmasının qarşısını necə almaqdır. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın kitabının təqdimatında bildirib.
"İnqilabımız haqqında ən dərin təəssüratım 2018-ci ildə, artıq baş nazir kimi, digər ölkələrin liderləri ilə ünsiyyət qurarkən və inkişaf etmiş bir ölkənin uzun müddətli liderinin sözünü eşitdikdə yarandı: "Bilirsiniz, bizim ölkəmizin də belə bir inqilaba ehtiyacı var".
Və çıxışımı ölkəmizin yenidən inqilaba ehtiyacı olduğunu bildirməklə yekunlaşdırmaq istəyirəm", - Nikol Paşinyan deyib.
1 dəqiqədən az