Ermənistan parlamenti fərariliyi rəsmiləşdirdi
“Hərbi xidmət haqqında” qanun ikinci və yekun oxunuşda qəbul edilib
Ermənistanda fərarilik qanuniləşdirilib.
Ermənistan parlamenti “Hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsini ikinci və yekun oxunuşda qəbul edib.
Layihəyə görə, Ermənistanın hərbi xidmət keçməyən və ölkəni tərk edən vətəndaşları 27 yaşı bitəndən sonra Ermənistana qayıda və iki il xidmət etdikdə cinayət təqibindən azad ola bilərlər.
Digər varianta görə, onlar:
- 15 ay xidmət edib 2,5 milyon dram (6,2 min dollar),
- ya müvafiq olaraq 7,5 ay və 5 milyon dram (12,4 min dollar),
- 1 ay və 10 milyon dram (24 min dollar) ,
- hərbi xidmətə getmək istəməyən 15 milyon dram (37 min dollar) ödəməlidir.
Cinayət təqibi üzrə məhdudiyyət müddəti və bu tələblər adi hərbi xidmətdə olduqda 37 ilə, ehtiyatda olan zabit kimi xidmətdə isə 45 ilə qədərdir.
27 yaşından sonra başqa ölkənin vətəndaşlığını qəbul etmiş Ermənistan vətəndaşları, əvvəllər yerləşdikləri ölkənin ordusunda 12 ay və ya daha çox xidmət etmişlərsə, xidmətdən azad edilirlər. Əks halda, onlar 2,5 milyon dram (6,2 min dollar) ödənilməklə xidmətdən azad edilirlər.