Abbas Əraqçi Hakan Fidanla telefonla danışıb
Türkiyə və İran XİN rəhbərlərinin danışığı haqda İran və Türkiyə mediası xəbər verir

Türkiyə və İran XİN rəhbərlərinin telefon danışığı olub.
İran və Türkiyə mediası xəbər verir ki, telefon danışığı zamanı İranın nüvə proqramı müzakirə edilib.
Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə bugünkü telefon danışığında İranın nüvə proqramı ilə əlaqədar şənbə günü Omanda ABŞ-la aparılan danışıqlara dair fikir mübadiləsi aparıb.