Paşinyan yenə qonşularla normal münasibət qurmaq istəyir
Bunu o, Çexiyanın “Respekt” nəşrinə müsahibəsində deyib
Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Ermənistanın xarici siyasətinin əsas məqsədi bütün qonşularla normal münasibətlərin qurulması olmalıdır.
Bunu Paşinyan Çexiyanın “Respekt” nəşrinə müsahibəsində Ermənistanın son 15 ayda hansı dərsləri öyrəndiyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Mürəkkəb tariximizə görə biz bəzi qonşularımızla normal münasibət qurmamağı öyrənmişik. Bu vəziyyəti dəyişmək ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Bu, çox sadə görünür, lakin onun həyata keçirilməsi onlarla problemlə bağlıdır: bəzi psixoloji və praktik problemlər var. Belə bir mesajı Ermənistan cəmiyyəti üçün həzm etmək asan deyil”, - baş nazir bildirib.
Onun sözlərinə görə, indi Ermənistanın Türkiyə və Azərbaycanla demək olar ki, heç bir əlaqəsi yoxdur və bunu dəyişdirmək lazımdır.