XƏBƏRLƏR / Qonşular

Gürcüstan parlamentinin sədri bu gün Azərbaycana gəlir

Şalva Papuaşvili Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən xüsusi sessiyada iştirak edəcək

Gürcüstan parlamentinin sədri bu gün Azərbaycana gəlir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu gün Azərbaycana rəsmi səfərə gələcək.

    APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament sədri iki günlük səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov, eləcə də Milli Məclisin spikeri Sahibə Qafarova ilə görüşlər keçirəcək.

    Şalva Papuaşvili, həmçinin Milli Məclisin Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən xüsusi sessiyasında iştirak edəcək.