Şahin Mustafayev Tehranda Əli Əkbər Əhmədianla görüşüb
Azərbaycanın Baş nazirinin müavini İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə ikitərəfli münasibətləri müzakirə edib

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.
Bu barədə İran dövlət mediası məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlərin bütün aspektlərinin inkişafı və Cənubi Qafqaz regionunda baş verən son hadisələr müzakirə edilib.
Görüş Şahin Mustafayevin Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclasında iştirak üçün Tehrana səfəri çərçivəsində baş tutub.