İranda terror aktı nəticəsində dörd polis işçisi həlak olub
Bu barədə Fars Xəbər Agentliyi məlumat yayıb
İranda naməlum şəxslər yol polisinin xidməti avtomobilinə hücum ediblər.
Fars Xəbər Agentliyinin yaydığı məlumata görə, hücum nəticəsində azı dörd polis işçisi həlak olub. Onlardan üçünün hadisə yerində, birinin isə sonradan öldüyü bildirilir.
Terror hücumu ölkənin cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətində baş verib. Vilayətin mərkəzi bölgəsində, Taftan-Xaş avtomobil yolunda naməlum şəxslər patrul xidmətinin əməkdaşlarını atəşə tutublar.
Hazırda hadisənin təfərrüatları araşdırılır, hələlik rəsmi şərh verilməyib.