Tehran metrosunda Məhsa Əmini cinayəti təkrarlanır? VİDEO
Repressiv hicab mühafizəçilərinin təcavüzü nəticəsində məktəbli qız yıxılaraq, başı vaqonun relsinə dəyib
“İran Breifing” saytı xəbər verir ki, bazar günü gecə saatlarında Tehranda məktəbli qız rəfiqələri ilə metroda məcburi hicaba görə zorakılığa məruz qaldığı üçün xəstəxanaya yerləşdirilib. VİDEO
Məlumata görə, o və dostları metroda hicabsız olublar. Metroda repressiv hicab mühafizəçiləri ona xəbərdarlıq edib və itələyiblər, nəticədə qız yıxılaraq başı vaqonun relsinə dəyib.
Qeyd edək ki, vaqonda qıza edilən zorakılığa dair görüntülər paylaşılmayıb. Habelə, hadisəni araşdırmaq istəyən jurnalist də həbs edilib. (Azad İran)