"Xoşbəxtlikdən Azərbaycanla əlaqələrimiz inkişaf edir"
Bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Məhəmməd Baqiri deyib
İranlı general: “Azərbaycanla sərhəddə heç bir problemimiz yoxdur”
“Azərbaycan Respublikası ilə sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur”.
Fars News xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Məhəmməd Baqiri deyib:
“Xoşbəxtlikdən Azərbaycanla əlaqələrimiz inkişaf edir, sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. Əlhəmdülillah, iki ölkə arasında iqtisadi əlaqələr günü-gündən inkişaf edir və dərinləşir”, – deyə general-mayor Baqiri vurğulayıb.
O, Azərbaycanla sərhəd bölgəsinə səfərinə toxunub: “Bu, sadəcə hər il ölkəmizin sərhədlərində həyata keçirilən dövri yoxlama-təftiş səfəridir”.
Qeyd edək ki, Məhəmməd Baqiri İranın şimal-qərbində yerləşən, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd əraziyə baxış həyata keçirib.