"İranın magistral qaz kəmərini İsrail partladıb" FOTO
Məlumatı İranın neft naziri Cavad Oci verib
İranın neft naziri Cavad Oci İsraili ölkənin magistral qaz kəmərində təxribat törətməkdə ittiham edib.
"Tasnim" xəbər verir ki, hadisə fevralın 14-də baş verib.
"İsrailin sui-qəsdi nəticəsində qaz kəmərinin yalnız bir neçə qolu zədələndi,"- nazir deyib.
İsrail rəsmilri xəbəri nə təsdiq, nə də təkzib edib.