XƏBƏRLƏR / Qonşular

Seçkiqabağı Ermənistanda kütləvi həbslər gedir YENİLƏNİR

Bu barədə Ermənistan mediası məlumat yayır

Seçkiqabağı Ermənistanda kütləvi həbslər gedir YENİLƏNİR
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:52

    Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin keçmiş rəhbəri və RPA nümayəndəsi Arman Sahakyan iki ay müddətinə həbs edilib.

    ***

    Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, müxalifət bloku olan "Ermənistan"ın nümayəndəsi və siyasi qüvvənin bir neçə digər tərəfdarı saxlanılıb.

    Komitənin məlumatına görə, onlar qarşıdan gələn seçkilərdə seçicilərin rüşvət alması ilə bağlı dəlillər əldə ediblər. Bununla əlaqədar olaraq bir neçə şəxs saxlanılıb və cinayət işi üzrə istintaq çərçivəsində axtarışlar aparılıb.

    ***

    14:32

    Ermənistan İstintaq Komitəsi yeddi keçmiş məmurun həbsinə rəsmi qərar verib.

    Bunlara keçmiş təhsil naziri Armen Aşotyan, Bryusov Universitetinin keçmiş rektoru Qayane Qasparyan, universitetin prorektoru Artur Ayvazyan, Universitetin Direktorlar Şurasının sədri Vigen Sarkisyan, keçmiş maliyyə naziri Qaqik Xaçatryan, oğlu Artem Xaçatryan və onlarla əlaqəli olan Harutyun Tadevosyan daxildir.

    ***

    14:01

    Ermənistanda Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin keçmiş rəhbəri və Ermənistan Respublika Partiyasının (ERP) nümayəndəsi Arman Sahakyan saxlanılıb.

    Korrupsiyaya Qarşı Mübarizə Komitəsi @SputnikARM Saakyanın seçkiqabağı rüşvət vermək və ya almaqla bağlı cinayət işi ilə əlaqədar saxlanıldığını təsdiqləyib.

    ***

    @SputnikARM-ın məlumatına görə, Respublika Partiyasının sədr müavini Armen Aşotyanın da saxlanılması barədə qərar qəbul edilib.

    Çirkli pulların yuyulması işi çərçivəsində Ermənistan İstintaq Komitəsi həmçinin Bryusov Universitetinin keçmiş rektoru Qayane Qasparyanın və daha beş nəfərin həbs olunduğunu elan edib.

    ***

    12:29

    Ermənistanda sabiq nəqliyyat və rabitə naziri, İrəvanın keçmiş meri Qaqik Beqlaryan (Qara Qaqo) saxlanılıb.

    Bu barədə Ermənistan mediası məlumat yayıb.

    Qeyd olunub ki, onun saxlanılmasının səbəbi hələ müəyyən edilməyib. Lakin daha əvvəl ona qarşı, o cümlədən 27 daşınmaz əmlakın mənimsənilməsi və dövlətə 5,7 milyon dollar ziyan vurulması ittihamı ilə cinayət işi başlanmışdı.

    Q.Beqlaryana qarşı həmçinin çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı çoxsaylı epizodlar üzrə ittihamlar irəli sürülmüşdü.

    ***

    Bundan başqa, bir sıra müxalif partiyaların rəhbərliyində və reqional bölmələrində olan şəxslər saxlanılıb.

    ***

    Hal hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları rusiyalı iş asdamı Samvel Karapetyana yaxın olan "Armat Media" xəbər agentliyinin redaksiyasında əməliyyat keçirirlər.