Qriqoryan İrana Azərbaycandan şikayət etməyə gedib
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Iranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşüb
İRNA-nın xəbərinə görə, bu gün günorta saatlarında Tehrana səfər edən Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Iranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşüb və onunla ikitərəfli münasibətlər, Qafqaz regionunda baş verən hadisələr və beynəlxalq məsələlər barədə müzakirələr aparıb.
Əhmədian görüşdə Qafqaz regionunda baş verən son hadisələrə və regionda sülh və təhlükəsizliyin bərqərar olması üçün bütün tərəflərin səylərinin zəruriliyinə işarə edərək dedi: Regionun geosiyasətində baş verən hər hansı dəyişiklik təhlükəsiz deyil və qeyri-sabitliyə və gərginliyin artmasına səbəb olur.
Əhmədian deyib: İran İslam Respublikası lazımi platformaları təmin etməyə və region ölkələri arasında görüş təşkil etməyə hazırdır.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İran İslam Respublikası ilə Ermənistan arasında iqtisadi qarşılıqlı əlaqələr və əməkdaşlıq və müştərək ticarət mübadiləsinin artırılmasının vacibliyini vurğulayaraq, ölkəmizin bütün sahələrdə əlaqələrin səviyyəsini yüksəltməyə hazır olduğunu bəyan edib.
Görüşdə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iki ölkə arasında çoxillik əlaqələrə işarə edərək, İrəvanın İran İslam Respublikası ilə əlaqələrin hərtərəfli inkişafına hazır olduğunu bəyan edib. Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunmasında İslam Respublikasının səmərəli roluna toxunaraq, ölkəmizin bu sahədəki rolunun davam etdirilməsinə çağırıb. Qriqoryan iki ölkə arasında iqtisadi, ticarət və sənaye layihələrini də çox vacib hesab edib və onların tezliklə həyata keçirilməsini vurğulayıb.