Yaxın vaxtlarda Cənubi Qafqazda kommunikasiyalar açılacaq
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tsaxkadzorda "Dağ-mədən sənayesi" forumunda bəyan edib

Yaxın vaxtlarda Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması mütləq baş tutacaq.
Ermənistan KİV-nin məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Tsaxkadzorda "Dağ-mədən sənayesi" forumunda bəyan edib.
"Əminəm ki, Ermənistan və Azərbaycan arasında təsdiqlənmiş sülh, həmçinin regional infrastrukturların və nəqliyyat kommunikasiyalarının yaxın zamanda mütləq baş tutacaq gözlənilən açılışı dağ-mədən sənayesi üçün daha əlverişli mühitin formalaşmasına kömək edəcək", - o bildirib.