Türkiyə BMT-nin İrana qarşı sanksiyalarına qoşulub FOTO
Bu barədə “Resmi Gazete” xəbər verir

Türkiyə Prezidenti R.T.Ərdoğan müvafiq fərmanı oktyabrın 1-də imzalayıb. Türkiyə hökuməti BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq 22 iranlı şəxs və 17 təşkilatın aktivlərini dondurub.
Sanksiyalar İranın Atom Enerjisi Təşkilatına, bir sıra banklara, tədqiqat mərkəzlərinə və uranın zənginləşdirilməsi proqramı ilə əlaqəli şirkətlərə təsir edib. “Resmi Gazete” xəbər verir ki, beləliklə, Ankara nüvə proqramı ilə bağlı Tehrana qarşı beynəlxalq təzyiq kampaniyasına qoşulub.